“Real Madrid” Beyl və daha 5 oyunçunun satışından 121 milyon avro qazanmaq istəyir
İspaniyanın “Real Madrid” klubu yay transfer pəncərəsində altı oyunçusunu satmaq niyyətindədir.

Bu satışdan sonra “Kral” klubu 121 milyon avro qazanc əldə etmək istəyir.

Transfer olunacaq oyunçuların siyahısında uelsli Qareth Beyl, kolumbiyalı Xames Rodriqez, ispaniyalı Lukas Vaskes, dominikanlı Mariano Diaz və ispan müdafiəçi Naço yer alacaqlar. Həmçinin klub müqaviləsi özünə məxsus hazırda Almaniyanın “Borussiya Dortmund” komandasında çıxış edən Əşrəf Həkimini qaytarmaq istəyir.

“Transfermarkt” portalının verdiyi məlumata görə, bu oyunçularının ümumi dəyəri 121 milyon avrodur. Satışın səbəblərindən biri də koronavirus pandemiyası səbəbiylə klubun maliyyə sıxıntılarıdır.

AZƏRTAC

Xəbər 795 dəfə oxundu.