Formula 1: Fettel 2014-cü il mövsümünü qəsdənmi uduzub?
Formula 1-in keçmiş pilotu, "Sky Sport F1"in şərhçisi Martin Brandlın ehtimalına görə, Sebastyan Fettel müqavilədə onun komandadan çıxıb getməsinə imkan verən bənddən istifadə etmək üçün 2014-cü il mövsümünü qəsdən uduzub.

Formula 1 həmin mövsümdə hibrid güc qurğularına keçib, Fettelin komanda yoldaşı Daniel Rikkardo olub. Avstraliyalı üç yürüşdə qalib gəlib və daha beş dəfə podiuma qalxıb, Sebastyan isə heç birini udmayıb, mövsümün yekunlarına görə rəqibindən 71 xal geri qalıb və "Ferrari" komandasına keçib. Brandl hesab edir ki, Fettel "Ferrari"yə keçmək üçün bolidini qəsdən yavaş sürətlə idarə edib.

Martin Brandl deyib: "Bu məsələ mənim üçün həmişə maraqlı olub: Sebastyan müqavilədə onun "Redd Bull"u tərk etməsinə imkan verən bənddən istifadə etmək üçün 2014-cü ildə qəsdənmi belə yavaş sürətlə gedib?

O, komandadan getməli idi. Axı, Rikkardonun yanında daha bir belə mövsüm keçirsəydi, bazarda onun elə bir dəyəri qalmazdı".

Xəbər 668 dəfə oxundu.