Rauf Məmmədov İvançukla eyni nəticə göstərdi | |
Fransanın “C`Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə onlayn blits turnir keçirilib. Azsport.az saytı xəbər verir ki, turnirin reytinq liderləri – gürcüstanlı qrossmeyster Bahadur Cobava və bir neçə gün sonra Maqnus Karlsenin onlayn turnirinə qatılacaq 16 yaşlı Əlirza Firuzca 11 turda hərəyə 10 xalla 1-2-ci yerləri bölüşüblər. Azərbaycan şahmatçısı, turnirin reytinq 7-cisi Rauf Məmmədov 9 xal toplayaraq ukraynalı Vasili İvançukla 5-6-cı yerləri bölüşüb. Qədir Hüseynov 8, Namiq Quliyev 6 xal toplayıblar. Mükafat fondu 1200 avro olan turnirdə 342 şahmatçı iştirak edib. |
|
Xəbər 631 dəfə oxundu. |
|
|