Rusiyanın 6 xalı silinəcək | |
UEFA rusiyalı azarkeşlərin Çex Respublikası millisi ilə matçda çıxardıqları hadisələr səbəbi ilə Rusiya millisindən 2016-cı il Avropa çempionatı seçmələrində 6 xal silə bilər. Ancaq bu cəza bənzər hadisənin bir daha baş verəcəyi təqdirdə qüvvəyə minəcək. Qitə futbol qurumu həmçinin Rusiya Futbol Federasiyasına 120 min avroluq cəza kəsdi. İdman.com.az saytı xəbər verir ki, bütün bunlara səbəb rusiyalı fanatların stadionun əməkdaşlarına hücum çəkmələri olub. Nəticədə stadionun 4 təhlükəsiz işçisi müxtəlif xarakterli xəsarətlərlə xəstəxanaya düşüb. UEFA-nın qərarında 3 müddət ərzində RFF-nin etiraz etmək hüququ olduğu da yer alıb və rusiyalı futbol rəsmiləri də bu müddətin bitməsini gözləməyərək, öz rəsmi etirazlarını qitə təşkilatına çatdırıblar. |
|
Xəbər 1130 dəfə oxundu. |
|
|