Paralimpiyaçılar evdə qalıb məşq etməyə səsləyirlər | |
Azərbaycanın paralimpiyaçı idmançıları #evdəqal #məşqdənqalma hərakatına qoşulublar. Azsport.az saytı xəbər verir ki, Azərbaycan Milli paralimpiya Komitəsinin feysbuk səhifəsində paralmpiyaçıların evdə məşqlərini davam etdirmələri ilə bağlı foto və videoları gündəlik paylaşılır və idmançılar öz nümunələrində hər kəsi evdə qalıb məşqlərdən qalmamağa səsləyirlər. Paralimpiya çempionu, cüdo üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov öz təşəbbüsü ilə idmançılarımıza hansı hərəkətləri edərək ev şəraitində məşq etməyi barədə video material hazırlayıb. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri evdə davam etdirmələri barədə müvafiq tapşırıqlar alıblar. Həmçinin paralimpiya çempionu, atletika üzrə milli komandanın üzvü Oloxan Musayev, atletika milisinin digər üzvləri Elmir Cəbrayılov və Lamiyə Vəliyeva, Tokio 2020 Yay Paralimpiya Oyunlarına güllə atıcılığı üzrə lisenziya qazanmış idmançımız Kamran Zeynalov, dünya və Avropa çempionu, parataekvando üzrə millinin üzvü Aynur Məmmədova, cüdo millisinin üzvləri Bəsti Səfərova, Səbinə Abdullayeva, kamandan oxatma üzrə millinin üzvü Əli Nəbiyev, pauerliftinq millisinin üzvləri, Gəncə şəhəri sakinləri Nurlan və Əli Babacanov qardaşları, dağ xizəyi üzrə milli komandanın üzvü Gülnar Rəhimova, snoubord üzrə millinin üzvü Aytac Qasımova, Uşaq Paralimpiya Hərəkatının üzvləri - Elnarə Nizamlı, Əli Vəliyev, Emilya Paşayeva, Rəsul Zəkiyev heç nəyə baxmayaraq öz məşqlərini evdə davam etdirir və hər kəsi evdə qalıb məşq etməyə çağırırlar. |
|
Xəbər 859 dəfə oxundu. |
|
|