Kişi basketbolçular arasında Avropa çempionatının vaxtı dəyişdirilib | |
2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb. Bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib. Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq. Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək. |
|
Xəbər 843 dəfə oxundu. |
|
|