MBA klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq niyyətindədir | |
Milli Basketbol Assosiasiyasının (MBA) klubları aprel ayından basketbolçuların məvacibini azaltmaq istəyir. Bu məsələ aprelin 17-də klub rəhbərlərinin videomüşavirəsində müzakirə ediləcək. Çempionat keçirilmədiyi üçün klublar oyunçuların əməkhaqqını tam həcmdə ödəyə bilmir. Hətta bəzi mənbələr hələ müzakirələrdən əvvəl bəzi klubların basketbolçulara aprel ayından məvacib verməyəcəyini bildirir. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|