FIFA Tokio olimpiadasında iştirak edəcək futbolçuların yaş həddini artırıb | |
FIFA gələn il Tokio Yay Olimpiya Oyunlarında çıxış edəcək oyunçuların yaş həddini artırıb. Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, yeni yaş həddi 24 təyin olunub. FİFA bu qərarı ilə 2020-ci ildə Olimpiadada iştirak hüququ olan idmançıların bir il sonrakı yarışdan kənar qalmamasını təmin edib. Qeyd edək ki, dəyişikliyə səbəb Tokio olimpiadasının 2021-ci ildə keçirilməsi ilə əlaqədardır. Əvvəlki qaydalara əsasən, olimpiadada 23 yaşadək futbolçular oynaya bilərdi. Hər milli komanda bu limitə uyğun gəlməyən üç oyunçudan yararlanmaq hüququna malikdir. Yeni təqvimə əsasən, kişilər arasında futbol turniri 2021-ci il iyulun 23-də Tokioda keçiriləcək. |
|
Xəbər 765 dəfə oxundu. |
|
|