“500 mil İndianapolis” avtoyürüşü təxirə salınıb
“IndyCar” seriyasından olan iki avtoyürüş, koronavirus pandemiyasına görə təxirə salınıb.

Mayın 24-də keçirilməsi nəzərdə tutulan nüfuzlu “500 mil İndianapolis” yürüşü avqustun 23-də təşkil olunacaq. “GMR Grand Prix” yarışı isə mayın 9-da deyil, iyulun 4-də reallaşacaq.

Qeyd edək ki, hər iki yarış ABŞ-dakı “İndianapolis Motor Spidvey” trasında keçiriləcək.


Xəbər 667 dəfə oxundu.