Dənizli, yoxsa Eriksson | |
Baş məşqçi kürsüsü boş olan «Beşikdaş» hələ ki, sükanını etibar edəcəyi adamını qəti müəyyənləşdirə bilmir. İdman.com.az saytının məlumatına görə, komandanın bu mövzu ilə bağlı keçirilən toplantısında da qəti qərara gəlmək mümkün olmayıb. Ancaq klub prezidenti Fikrət Orman komandanın keçmiş baş məşqçisi Mustafa Dənizlinin bu vəzifəyə əsas namizəd olduğunu söyləyib. Bununla belə «Beşikdaş»ın namizədlərinin siyahısında başqa şanslı adlar da var. Gündəmə gələn son ad Sven-Qoran Erikssondur. İsveçli mütəxəssislə görüşən ağ-qaraların rəhbərliyinin bu razılaşmaya yaxın olduğu bildirilib. İngiltərə millisinin keçmiş sükançısı ilə danışıqlar hələ ki, müsbət istiqamətdə gedir. Qəti razılaşma əldə edilərsə, Eriksson həftə sonu İstanbula gəlib «Beşikdaş»la müqavilə imzalaya bilər. Ancaq hələ də bu məsələdə tam qətilik olmadığından və klub rəhbərliyində başqa namizədlərə də isti baxıldığından hər hansı fikri tam əminliklə söyləmək olmur. |
|
Xəbər 1272 dəfə oxundu. |
|
|