Yekaterinburqda iddiaçılar turnirinin səkkizinci turunun oyunları keçiriləcək | |
Martın 26-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində səkkizinci turun oyunları keçiriləcək. Səkkiz şahmatçının iştirak etdiyi turnirin səkkizinci turunda amerikalı Fabiano Karuana fransalı Maksim Vaşe-Laqrav, Çin şahmatçıları Hao Yanq Liren Dinq, Rusiya şahmatçıları Kiril Alekseyenko Aleksandr Qrişuk, Yan Nepomnyaşi Niderland təmsilçisi Aniş Giri ilə mübarizə aparacaqlar. Qeyd edək ki, turnir cədvəlinin lideri Y.Nepomnyaşi ötən turda M.Vaşe-Laqrav ilə qarşılaşmada məğlub olub. Hər iki şahmatçının aktivində 4,5 xal var. Yarışın digər iştirakçıları A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar. On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq. Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin tarixə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina edib. |
|
Xəbər 457 dəfə oxundu. |
|
|