Gimnastlarımız dünya kubokunda halqalarla yarışlarda çıxış ediblər
Bakıda “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycan təmsilçiləri Cavidan Babayev və İvan Tixonov halqalarla yarışlarda çıxışlarını başa vurublar. C.Babayev hakimlərdən 13,433, İ.Tixonov isə 12,833 xal alıblar.

Turnirdə 42 ölkədən 158 gimnast birincilik uğrunda mübarizə aparır.

Yarışda ölkəmizi Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, İ.Tixonov, C.Babayev, Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edirlər.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Xəbər 908 dəfə oxundu.