Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək
Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.

“Olimpik Star”da keçiriləcək və iki gün davam edəcək mərhələnin iki qarşılaşması təxirə salınıb. Söhbət “Neftçi”–“Badamlı” və “Nəqşicahan”–“Baku Fans” görüşlərindən gedir.

Bu gün “Premier”–“Red Line”, “Marafon”–“Atletiko Baku”, “Araz”–“Baker Tilly” və “Advokat”–“Star kargo-2” görüşləri oynanılacaq. Ertəsi gün EKOL–“Standard” və “Hövsan”–“Yurd” qarşılaşmaları keçiriləcək.

Xəbər 935 dəfə oxundu.