Bu gün UEFA Çempionlar Liqasının dörddədir final mərhələsinə daha iki vəsiqənin sahibi müəyyənləşəcək | |
Martın 11-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki cavab oyunu baş tutacaq. İkinci oyun günündə İngiltərə və Fransada iki matç keçiriləcək. Turnirin son çempionu “Liverpul” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Bu komandaların Madriddə keçirilən görüşündə “Atletiko Madrid” minimal hesabla qalib gəlmişdi – 1:0. Mersessayd təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki cavabsız qol qane edir. “Atletiko Madrid” isə bu görüşdə qolsuz heç-heçə də sərf edir. Günün digər görüşündə Almaniyanın “Borussiya Dortmund” klubu səfərdə “Paris Sen-Jemen” komandası ilə üz-üzə gələcək. İlk görüşdə Almaniya səfərindən məğlub (2:1) qayıdan parislilər bu oyunda minimal (1:0) hesabla qalib gələcəyi halda növbəti mərhələyə vəsiqə qazanacaq. Dortmund təmsilçisinə isə istənilən heç-heçə sərf edir. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. |
|
Xəbər 990 dəfə oxundu. |
|
|