Karate üzrə “Baku open” beynəlxalq turnirin ikinci gününün qalibləri müəyyənləşib
Bakıda Boks Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turniri davam edir.

Martın 6-da 16-17 yaşlı yeniyetmələr və 18-21 yaşlı gənclər mübarizəyə qoşulublar.

Yeniyetmə karateçilərin kata yarışlarında Həsən Əlizadə, Həsənəli Həsənov, Xəyal Məmmədov, Zəhra Qurbanova birinci yeri tutublar. Kumite yarışlarında isə Rəsul Abasov (52 kiloqram), Fərid Savadov (57 kiloqram), Elvin Cavadzadə (63 kiloqram), Azər Tapdıqlı (70 kiloqram), Elgün İmanquliyev (+70 kiloqram) qalib olublar.

Gənclərin kumite yarışlarında Ramil Baxşəliyev (55 kiloqram), Hüseyn Məmmədli (61 kiloqram), Tale Yaqubov (68 kiloqram), Fərid Ağayev (76 kiloqram), Osman Osmanlı (+76 kiloqram), Həsən Muradov (60 kiloqram), Nuri Əliyev (67 kiloqram) birinci olublar.

Turnir dünya şöhrətli karateçimiz Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub və martın 8-dək davam edəcək.


Xəbər 961 dəfə oxundu.