Yaponiya hökuməti “Tokio 2020” Olimpiadasına hazırlıq işlərini qətiyyətlə davam etdirəcək
Yaponiya hökuməti “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq işlərini qətiyyətlə davam etdirəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında bəyan edib. Baş katibin bu bəyanatı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi barədə martın 2-də elan etdiyi qərardan sonra səslənib. BOK-un prezidenti Tomas Bax qeyd edib ki, yeni koronovirus təhlükəsinə baxmayaraq, komitə Tokio Oyunlarının keçirlməsinə sadiqdir.

Y.Suqa qeyd edib ki, Olimpiya və Paralimpiya Oyunlarının plana uyğun keçirilməsi üçün Yaponiya hökuməti BOK, təşkilat komitəsi və Tokionun hakimiyyət orqanları ilə sıx əlaqədə çalışacaq.

Baş katib əlavə olaraq bildirib ki, BOK-un infeksiyanın yayılması ilə bağlı məsələləri həll etmək üçün yaratdığı qərargahın tərkibində Nazirlər Kabineti dəftərxanasının rəsmi nümayəndələri də çalışırlar.

AZƏRTAC

Xəbər 1225 dəfə oxundu.