Azad Rəhimov: Bədən Tərbiyəsi və İdman Gününü Naxçıvanda qeyd edəcəyik | |
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilk dəfə Naxçıvanda qeyd olunacaq. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində bildirib. Bədən Tərbiyəsi və İdman Gününün təsis olunması haqqında danışan nazir deyib: “25 il bundan əvvəl ümummilli lider Heydər Əliyev idmançılarla görüşüb və onların problemləri ilə maraqlanıb. 15 il əvvəl isə Prezident İlham Əliyevin Sərəncamı ilə həmin tarix Bədən Tərbiyəsi və İdman Günü kimi təsis olunub. Bu il bayram tədbirlərini martın 4-dən keçirməyə başladıq. Ona görə ki, bayramı martın 5-də ilk dəfə olaraq Naxçıvanda qeyd edəcəyik. Bu gün idman ictimaiyyəti, Olimpiya çempionlarımız Naxçıvana yola düşürlər. Fürsətdən istifadə edərək bütün idmançılarımızı bayram münasibətilə təbrik edirəm”. |
|
Xəbər 1114 dəfə oxundu. |
|
|