Kross qaçışı üzrə paytaxt çempionatında 100-ə yaxın idmançı yarışacaq | |
Martın 7-də Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçiriləcək. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edəcəklər. Yarışda 100-ə yaxın idmançı səkkiz məsafə üzrə mübarizə aparacaq. Yarışda qalib gələn idmançılar apreldə keçiriləcək respublika çempionatına vəsiqə qazanacaqlar. |
|
Xəbər 870 dəfə oxundu. |
|
|