Messi Avro-2012 gündəmində
Lionel Messi ABŞ-da Braziliya yığmasına qarşı oynayıb 3 qol vurduğu bir vaxtda sorağı Şərqi Avropadakı köhnə qitə çempionatından gəlir. İdman.com.az saytı xəbər verir ki, müasir dünya futbolunun ən böyük fərdi rəqabəti – Messi - Kriştianu Ronaldu qarşıdurması Avro-2012-dən də kənar qalmadı. Baxmayaraq ki, Messi argentinalıdı və onun Avropa çempionatıyla heç bir əlaqəsi yoxdu. Ancaq onun adını Avropa çempionatında gündəmə gətirən məhz əsas rəqibi Kriştiano Ronaldodur.

İş ondadır ki, alman azarkeşlər start matçı rəqibləri portuqaliyalıları qıcıqlandırmağın ən təsirli variantı kimi komandanın yaşadığı otelin qarşısında «Messi, Messi!» deyə qışqırmağı görüblər. Onlar bu yolla Kriştianu Ronaldonu matçqabağı özündən çıxarmaq istəyirdilər. İndi bu addımın Kriştianu Ronalduya nə qədər təsir etdiyini deyə bilmərik. Ancaq hər halda alman azarkeşlər son nəticədə istədiklərini aldılar.

Xəbər 993 dəfə oxundu.