Avro-2012: Şopen Şakirədən vacibdir | |
Açılış mərasimləri böyük idman tədbirlərinin ən rəngarəng hissəsinə çevrilir. Məsələn, olimpiya oyunlarında bu təntənənəin xüsusi yeri var. Onun möhtəşəmliyi sanki yarış günlərini də öz ovqatına kökləyir. Lakin futbol bir növün və üstəlik, bütün təntənələrdən də üstün olan və özü də bir aya yaxın davam edən böyük şounun yarışıdır. Uzun-uzadı təntənə bayram ovqatını korlaya bilər. Elə buna görə, qit əvə dünya çempionatlarının təşkilatçıları belə ənənələrdən qaçırlar. Ötənilki çempionatla müqayisədə təşkilatçılar açılış mərapsimin 1 dəqiqə də azaltdılar. 12 dəqiqə ərzində yarışın ruhunu əks etdirən tamaşa-kompozisiya göstərildi. İdman.com.az saytının məlumatına görə, iyunun 8-də Varşavanın Milli standionunda göstərilən şouda milli adət-ənənələrə söykənən idman və mədəniyyətin vəhdəti nümayiş olundu. Tədbirin konsepsiyasını İtaliyanın «Filmmaster Events» şirkətinin icraçı prodüseri və yaradıcı direktoru Marko Baliç hazırlamışdı. “Belə tədbirlərdə Şopen Şakirə və Madonnadan da üstündür” deyən şoumen 2006-cı olimpiadasınının açılış mərasimində iştirakı ilə məşhurdur. Ukraynada «Donbass Arena»nın açılış mərsimini də o, itərtib etmişdi. Mərasimin zirvə məqamı məşhur macar pianoçusu, keçmiş futzalçı Adam Dyordun Şopenin fortepiano üçün etüdü oldu. Mərasimin xoreoqrafiya hissələrinin təşkilinə 63 ölkədən 800 könüllü cəlb olunmuşdu. Yarışın keçiriləcəyi 8 arenanın maket formasında olsa belə, bu arenaya gətirilib, üstəlik, canlı şəkildə rəqs etməsi uğurlu priyomlardan sayılmalıdır. 150 milyondan artıq insanın televiziya ilə izləmək imkanı olduğu mərasimin ən canlı və qəlbləri ovunduracaq hadisəsini isə son məqam stadiona toplaşan 58 min tamaşaçının iştirakçı 16 ölkənin bayrağını əks etdirməsi oldu. Özü də burada hər hansısa video-interaktiv effektdən istifadə olunmadı. Onun ən ülvi məqamı da məhz hər hansısa hazırlıq keçməmiş azarkeş ordusunun kollektiv şəkildə və ardıcıllıqla bu prosesə qoşulması idi. Əsl bərabərlik, birlik, vəhdət və təntənə də elə budur. |
|
Xəbər 1382 dəfə oxundu. |
|
|