Həndbolçularımız beynəlxalq turnirin gümüş medallarını qazanıblar | |
Həndbolçularımız Rusiyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Həştərxanda ikiqat Olimpiya çempionu Vasili Kudinovun xatirəsinə həsr olunan yarışda 2002-2003-cü il təvəllüdlü oğlanlar bacarıqlarını göstəriblər. Azərbaycan seçməsi 6 komandanın qatıldığı turnirdə topladığı 8 xalla ikinci yeri tutub. “Moskva-1” komandası yarışın qalibi olub. “Sankt-Peterburq-1” kollektivi isə üçüncü pillədə qərarlaşıb. Qeyd olunub ki, komandamızın xatirə turnirində iştirakı Monteneqroda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. AZƏRTAC |
|
Xəbər 906 dəfə oxundu. |
|
|