“Aeroflot open 2020”nin proqramına daxil olan ənənəvi blits turnirinin qalibi müəyyənləşib
Moskvada “Region” şirkətlər qrupunun “Aeroflot open 2020” turnirinin proqramına daxil olan ənənəvi blits turniri keçirilib.

Turnirdə Azərbaycan şahmatçıları da iştirak ediblər. Şahmatçılarımızdan ən yaxşı nəticəni qrossmeyster Rauf Məmmədov göstərib. Belə ki, 18 turdan 12 xal toplayan təmsilçimiz 16-cı sırada qərarlaşıb.

Turnirin qalibi rusiyalı şahmatçı Yan Nepomnyaşi olub (13,5 xal). Turnirdə 196 şahmatçı, o cümlədən 84 qrossmeyster iştirak edib.

Xəbər 772 dəfə oxundu.