Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib | |
Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyi prinsiplərinə riayət edərək Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) üzgüçülük üzrə komandasına daha iki lisenziya ayırıb. Lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində ilk onluqda olan Dana Şandıbina və 2019-cu ildə Londonda keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov əldə ediblər. Beləliklə, “Tokio-2020”yə Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı üzgüçülük üzrə üçə, ümumilikdə isə doqquza çatıb. AZƏRTAC |
|
Xəbər 962 dəfə oxundu. |
|
|