Formula 2: “Trident” komandası yaponiyalı pilot Marino Satonu heyətinə cəlb edib | |
Formula 2 yarışlarında iştirak edən “Trident” komandası 2020-ci il mövsümü üçün ilk müqaviləsini imzalayıb. Komanda yaponiyalı pilot Marino Satonu heyətinə cəlb edib. Ötən il 20 yaşlı pilot açıq Avropa Formula 3 çempionatında mükafatçılar sırasında yer alıb. Həmçinin “Campos” komandasının heyətində Formula 2 yarışlarında 4 yürüşdə gücünü sınayıb. Yaxın günlərdə “Trident” komandası ikinci pilotunun adını açıqlayacaq. Yaponiya idmançısının komanda yoldaşının “Williams”ın test sürücüsü Roy Nissaninin olacağı ehtimal olunur. Formula 2 yarışlarının yeni mövsümünə martın 20-22-də Bəhreyndə keçiriləcək Qran-Pri ilə start veriləcək. Çempionatın beşinci mərhələsi iyunun 5-7-də Bakıda təşkil olunacaq. Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparacaq. |
|
Xəbər 876 dəfə oxundu. |
|
|