Xocalı soyqırımı qurbanlarının xatirəsinə mini-futbol üzrə açıq birincilik keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə mini-futbol üzrə açıq birincilik keçirilib.

Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması, futbol idman növünün məktəblilər arasında təbliğ edilməsi, müvafiq yaş qrupu üzrə mərkəzin yığma komandasının formalaşdırılmasından ibarət olub.

Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, törədilən faciə ilə bağlı məktəblilərə məlumat verilib.

2008-2009-cu il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda olmaqla 100-ə yaxın məktəbli mübarizəyə qoşulub.

Birincilikdə ilk iki yeri “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandaları tutublar. “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası yarışı üçüncü pillədə başa vurub.

Qaliblər diplom, kubok və medallarla təltif edilib.

Xəbər 724 dəfə oxundu.