Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub | |
Mərkəzi Şahmat Klubunda beynəlxalq usta, Əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə rapid üzrə reytinq turniri keçirilib. Şahmatçılar yarışda A və B turnirlərində mübarizə aparıblar. Yarışın A turnirində 7 turdan 6 xal toplayan Nail Bəşirli qalib olub. Qızların mübarizəsində 5 xalla Ayan Allahverdiyeva fərqlənib. Yarışın B turnirində isə oğlanlar arasında Fərid Məmmədov 6,5 xalla birinci yeri tutub. Qızlar arasında isə Aysu Məmmədli 4 xalla turnirin qalibi adını qazanıb. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Rəhim Qasımov olub. İsveçrə sistemi üzrə keçirilən yarışlar 7 turdan ibarət olub. |
|
Xəbər 1005 dəfə oxundu. |
|
|