Hayle İbrahimov 53-cü lisenziyasını qazanıb | |
Atletika üzrə Azərbaycan milli komandasının üzvü Hayle İbrahimov London Yay Olimpya Oyunlarına lisenziya qazanıb. İdman.com.az saytının məlumatına görə, idmançımız buna 5 min metr məsafəyə qaçışda nail olub. Fransanın Lill şəhərindəki beynəlxalq turnirdə məsafəni 13 dəqiqə 19 saniyəyə qaçan tərübəli atlet olimpİya normativini ödəyib. Bununla da o, Azərbaycanın olimpiadaya 53-cü lisenziyasını qazanıb. Qeyd edək ki, bu millimizin atletika üzrə 4-cü lisenziyasıdır. Buna qədər Dmitri Marşin (çəkicatma) ilə Layeş Abdullayeva (3000 və 5000 m məsafəyə qaçış) seviniblər. |
|
Xəbər 1205 dəfə oxundu. |
|
|