“Böyük dəbilqə” turnirinin üçüncü günündə daha beş cüdoçumuz mübarizəyə qoşulur | |
Almaniyada cüdo üzrə “Böyük dəbilqə” turnirində son günün yarışları keçirilir. Düsseidorfda keçirilən yarışların üçüncü günündə Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (+78 kq) gücünü sınayacaq. Yarışda 120 ölkədən 700-dən çox cüdoçu mübarizə aparır. Fevralın 21-də start götürmüş turnir bu gün başa çatacaq. Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Cüdoçumuz Rüstəm Orucov (73 kq) “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb. |
|
Xəbər 901 dəfə oxundu. |
|
|