Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək
Formula 1 xeyriyyə hərracı keçirir. Əldə olunan vəsait Avstraliyada meşə yanğınlarından zərər çəkənlərə sərf ediləcək.

Hərraca çox maraqlı lotlar çıxarılıb.
Onların ən unikalı Avstraliya Qran-Prisinin finişində paddoka iki dəfə buraxılmaq da daxil olmaqla, dama-dama bayrağı dalğalandırmaq hüququdur. Bu hüququn başlanğıc qiyməti 12 min funtdur.

Digər lotlar “Haas F1”in rəhbəri Günter Ştaynerlə naharı, komandaların bokslarına ekskursiyaları, Luis Hamilton və Daniel Rikkardonun avtoqraflarının alınmasını, “McLaren” və “Renault” komandalarının bazaları ilə tanış olmağı nəzərdə tutur.

Xəbər 888 dəfə oxundu.