İrqçilik Avro-2012-ni dayandıra bilər | |
UEFA prezidenti Mişel Platini Avropa çempionatı ərəfəsində Varşava Milli stadionunda mətbuat konfransı keçirib. İdman.com.az saytı xəbər verir ki, yarışa hazırlığın səviyyəsindən razılığını bildirən ulduz məmur, irqçiliklə bağlı verilən sualla bağlı sərt danışıb: «Avropada milliyyətçilik problemi getdikcə ciddiləşir. Oyunlarda da bunu hiss etmək olur. Polşa və Ukraynada da bu çətinliklər mövcuddu, Fransada, ABŞ-da, İngiltərədə də. Bu problemin həll üçün çox şey etmişik. Bununla belə anlamaq gərəkdi ki, bu, tək futbolun deyil, bütövlükdə cəmiyyətin problemidi. Bununla bağı vacib bir şeyi deməliyəm. Biz hakimlərə təlimat vermişik ki, stadionlarda irqçilik əməllərinin ortaya çıxdığı halda onlar oyunları dayandıra, hətta ləğv də edə bilərlər. Biz həqiqətən də belə sərt cəzalara getməyə hazırıq. Əlbəttə, bu məsələdə ciddi narahatlığımız var. Amma güman edirəm ki, Şərqi Avropadan olan fanatlar özlərini dərrakəli apararlar. Bununla yanaşı, məsələn, mario Balotelli istənilən səbəbdən meydanı özbaşına tərk edərsə, hakim ona qırmızı vərəqə göstərməli olacaq». Platini narahatlıq doğuran məsələlərdən savayı, birbaşa futbol amillərindən də danışıb. UEFA prezidenti Avropa çempionatının favoritləri barədə də öz fikrini açıqlayıb: «Mənə görə, favoritlər Almaniya və İspaniya yığmalarıdı. Lakin məndə belə bir hiss var ki, uğuru gözlənilməz komanda da qazana bilər. Necə ki, 1992-ci ildə bunu Danimarka, 2004-də isə Yunanıstan etmişdi. Düşünürəm ki, sürprizlər az olmayacaq». |
|
Xəbər 1192 dəfə oxundu. |
|
|