Ruslar Çexiya yığmasına aman vermədilər | |
Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizə aparan Rusiya və Çexiyanın milli yığma komandaları arasında keçirilən oyun Rusiya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Alan Zaqoyev iki, Roman Şirokov və Roman Pavlyuçenko hərəyə bir qol vurublar. Çexlər rusların 4 topuna yalnız bir qolla cavab verə biliblər. Rusiya futbolçuları növbəti oyununu iyunun 12-də Varşavada Polşa komandasına qarşı keçirəcəklər. |
|
Xəbər 1011 dəfə oxundu. |
|
|