Azərbaycan Premyer Liqasının XIX turunun təqvimi müəyyənləşib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun təqvimi müəyyənləşib. İki günü əhatə edəcək tura fevralın 29-da “Sumqayıt” və “Keşlə” komandaları arasında oyun ilə start veriləcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün ikinci görüşündə “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək. Turun üçüncü oyunu martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” və “Qəbələ” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq. Premyer Liqanın XIX turuna həmin gün saat 17:00-da başlayacaq “Neftçi”-“Səbail” matçı ilə yekun vurulacaq. Görüş “Bakcell Arena”da təşkil olunacaq. Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq. Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) yer alıblar. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|