Budo üzrə yarışın qalibləri müəyyənləşib
Azərbaycan Budo Döyüş Növləri Federasiyası (ABDNF) və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş budo üzrə yarış keçirilib.

Əvvəlcə yarış iştirakçıları Xocalı faciəsində həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra ABDNF-in prezidenti Faiq Rəfiyev və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış ediblər.

Yarışda 100-dən çox yeniyetmə və gənc döyüşçü iştirak edib. Çempionatda birinci yerə Suraxanı komandası çıxıb. Nizami ikinci, Sabunçu komandası isə üçüncü yerə layiq görülüblər.

Xəbər 813 dəfə oxundu.