UEFA Çempionlar Liqasının cari mövsümü üçün yeni topunu təqdim edib
UEFA Çempionlar Liqasında pley-off mərhələsindən finaladək istifadə ediləcək rəsmi topu təqdim edib.

Top qırmızı və göy rənglərlə hazırlanıb. Dizayn Şərqlə Qərbi, yaxud Asiya ilə Avropanı birləşdirən şəhərdən – İstanbuldan ilham alıb.

Xatırladaq ki, Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün finalı mayın 30-da İstanbuldakı “Olimpiya” stadionunda keçiriləcək.

Xəbər 752 dəfə oxundu.