FİBA-nın ənənəvi seminarında | |
Azərbaycanlı referilər beynəlxalq hakimlik seminarında iştirak edəcəklər. İdman.com.az saytının məlumatına görə, FİBA hakimi Ələkbər Həsənov və respublika dərəcəli referi Ruslan Xalıqov bu məqsədlə iyunun 11-19-da Bolqarıstanın Samokov şəhərinə səfərdə olacaqlar. Sonra Həsənov iyunun 21-də İspaniyanın Qran Kanariya şəhərində start götürəcək FİBA hakimləri üçün hər il keçirilən ənənəvi seminara qoşulacaq. Qeyd edək ki, bu toplantı iyunun 25-də başa çatacaq. |
|
Xəbər 1283 dəfə oxundu. |
|
|