Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fevralın 14-15-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qızlar və oğlanlar iştirak edəcəklər.

Yarışda 10 komandadan 120 atlet birincilik uğrunda mübarizə aparacaq.

Çempionatda qaçışın 6 (60, 200, 400, 800, 1500, 4x200 metr) növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanma və nüvəitələmə üzrə yarışlarda da qüvvələrini sınayacaqlar.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Qeyd edək ki, yarışın açılışı Bakı vaxtı ilə saat 15:30-da keçiriləcək.

Xəbər 977 dəfə oxundu.