“Səbail” klubu Konqo millisinin üzvünü transfer edib | |
Bakının “Səbail” futbol klubu Konqo millisinin üzvü Lema Mabidi Çikitonu transfer edib. 26 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək. Futbolçu “Səbail”də 8 nömrəli formanı geyinəcək. L.M.Çikitonun son klubu Mərakeş “Raca Kasablanka”sı olub. Qeyd edək ki, 2011-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb. |
|
Xəbər 722 dəfə oxundu. |
|
|