Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Bakını və respublikanın müxtəlif bölgələrini təmsil edən 48 komandanın qatıldığı yarışda 147 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Altı gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar müəyyənləşib. Nicat Hüseynov (49 kq, “Təhsil” RİM), Ruslan Qədirov (52 kq, “Abşeron” İK), Əli İsgəndərov (56 kq, “Neftçi” İK), İlqar Salahov (60 kq, “Qəbələ” İK), Elmir Novruzov (64 kq, “Təhsil” RİM, DİN İK), İsa Novruzlu (69 kq, ROİL), Eldar Babayev (75 kq, “Təhsil” RİM, DİN İK), Murad Allahverdiyev (81 kq, DİN İK), Əsəd Baxışov (91 kq, “Təhsil” RİM, DİN İK), Əhməd Əhmədov (90 kiloqramdan yuxarı, MOİK) birinciliyin qalibi olublar.

Komanda hesabında turnirin qalibi adını “Təhsil” Respublika İdman Mərkəzi qazanıb. İkinci pillədə Daxili İşlər Nazirliyinin İdman Klubu qərarlaşıb. İlk üçlüyü “Neftçi” İdman Klubu tamamlayıb.

Daxili İşlər Nazirliyinin İdman Klubunun üzvü, 81 kiloqram çəki dərəcəsində çempion olan Murad Allahverdiyev birinciliyin ən texnikalı boksçusu elan olunub. Fikrət Hacıyev isə ən yaxşı hakim nominasiyasında mükafatlandırılıb.

Xəbər 1285 dəfə oxundu.