Budapeştdə Bakıda keçiriləcək karate üzrə Avropa çempionatına hazırlıq işləri müzakirə edilib
Macarıstanın paytaxtı Budapeştdə Avropa Karate Federasiyası (EKF) idarə heyətinin iclası keçirilib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, EKF-in idarə heyətinin üzvü Yaşar Bəşirov yığıncaqda iştirak edib.

Gündəlikdə duran məsələlər arasında bu il martın ikinci yarısında Bakıda keçiriləcək böyüklərin 55-ci Avropa çempionatına hazırlıq işləri də müzakirə olunub. Y.Bəşirov nüfuzlu tədbirə hazırlıqla bağlı məlumat verib.

EKF rəsmiləri kütləvi beynəlxalq yarışlar keçirməkdə böyük təcrübəsi olan Azərbaycanın bu tədbiri də uğurla təşkil edəcəyinə inandıqlarını bildiriblər.


Xəbər 973 dəfə oxundu.