Şahmatçılarımız İranda beynəlxalq festivalın altıncı turunda mübarizə aparıblar | |
Fevralın 7-də İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində altıncı turun oyunları keçirilib. Altıncı turda Azərbaycan şahmatçıları İran təmsilçiləri ilə mübarizə aparıblar. Festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Mohammad Miran Xademi, Habil Cavadov Reza Ruzbayan ilə “sülh”ə razılaşıblar. B turnirində isə Xatun Bağırovanın İliya Darini ilə oyunu təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. Şahmatçılarımız A.Mirzəyev 3,5 xalla 10-cu, H.Cavadov 2,5 xalla 20-ci pillədədirlər. Digər təmsilçimiz X.Bağırova isə 4 xalla 7-ci yerdədir. |
|
Xəbər 817 dəfə oxundu. |
|
|