Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtı və yeri dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin vaxtı və yeri dəqiqləşib.

Birinci dövrədə keçiriləcək matçlar fevralı 8-də və 12-də oynanılacaq.

Fevralın 8-də meydana əvvəlcə “Neftçi” və MOİK klubları çıxacaqlar. Qarşılaşma saat 14:00-da başlayacaq. Saat 16:00-da “Xilasedici” komandası “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Kompleksində oynanılacaq.

Dörd gün sonra – fevralın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Sərhədçi” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Bu matçdan sonra isə “Xilasedici” və “Murov” komandaları qarşılaşacaqlar. Bu oyun da FHN-in İdman-Sağlamlıq Kompleksində keçiriləcək. Birinci matç saat 14:00-da, ikinci görüş isə saat 16:00-da start götürəcək.

Xəbər 920 dəfə oxundu.