Şahmat üzrə Azərbaycan kuboku turnirinin yarımfinal qarşılaşmaları keçirilib
Fevralın 6-da şahmat üzrə Azərbaycan kuboku turnirinin dörddəbir final və yarımfinal mərhələlərinin görüşləri keçirilib.

Turnirdə 12 yaşadək şahmatçılar və böyüklər əvvəlcə dörddəbir final mərhələsində mübarizə aparıblar. Qaliblər daha sonra yarımfinal qarşılaşmalarında iştirak ediblər. Böyüklərin mübarizəsində bütün rəqiblərini məğlub edən Aydın Süleymanlı və Ülvi Sadıqov finala vəsiqə qazanıblar. Nicat Abasov və Xəzər Babazadə isə üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə ediblər.

On iki yaşadək şahmatçıların yarışında isə Şahin Vəliyev və Tunar Davudov finala çıxıblar. Həsən Orucov və İsmayıl Süleymanlı bürünc medal uğrunda yarışacaqlar.

Xəbər 736 dəfə oxundu.