Respublika Olimpiya Mərkəzində yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək | |
Fevralın 7-8-də Respublika Olimpiya Mərkəzində yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qızlar və oğlanlar iştirak edəcəklər. Yarışda 9 komandadan 120 atlet birincilik uğrunda mübarizə aparacaq. Çempionatda qaçışın 6 (60, 200, 400, 800, 1500, 4x200 metr) növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanma və nüvəitələmə üzrə yarışlarda da qüvvələrini sınayacaqlar. Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar. Qeyd edək ki, yarışın açılışı Bakı vaxtı ilə saat 15:30-da keçiriləcək. |
|
Xəbər 1035 dəfə oxundu. |
|
|