“Xilasedici” komandası Azərbaycan Yüksək Liqasının turnir cədvəlində birinci yerə yüksəlib | |
Fevralın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib. Birinci dövrənin oyunları çərçivəsində əvvəlcə “Sərhədçi” və “Express” komandaları üz-üzə gəliblər. Görüş “Express”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ikinci qarşılaşması “Xilasedici” və MOİK komandaları arasında oynanılıb. “Xilasedici” rəqibinə 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində birinci pillədə yüksəlib. “Xilasedici”nin hesabında 9 xal var. “Murov” 8 xalla ikinci, “Neftçi” isə 6 xalla üçüncü pillədə qərarlaşıblar. |
|
Xəbər 850 dəfə oxundu. |
|
|