Azərbaycan şahmatçıları “Aeroflot Open” turnirində iştirak edəcəklər | |
Fevralın 17-dən 27-dək Moskvada “Aeroflot Open” beynəlxalq şahmat festivalı keçiriləcək. Festivalın güclü şahmatçıların mübarizə aparacaqları “Open A” turnirində Azərbaycan təmsilçilərindən Rauf Məmmədov, Vasif Durarbəyli və Aydın Süleymanlı iştirak edəcəklər. “Open B” turnirində təmsilçilərimiz Məhəmməd Muradlı, Elvin Bayramov və Read Səmədov mübarizə aparacaqlar. Qeyd edək ki, ötən il keçirilmiş analoji yarışda Azərbaycan şahmatçısı Məhəmməd Muradlı 9 turdan 6,5 xal toplayaraq üçüncü yeri tutub |
|
Xəbər 779 dəfə oxundu. |
|
|