Şahmatçılarımız Lissabonda keçirilən açıq şahmat turnirinin yeddinci turunda iştirak ediblər | |
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turnirinin yeddinci turunda Azərbaycan şahmatçılarından ikisi heç-heçə edib, biri isə uduzub. Turnirin klassik yarışlarında mübarizə aparan Vüqar Əsədli norveçli Aryan Tarı, Zaur Bayramov yerli idmançı Andre Sousa ilə heç-heçə ediblər. Komandamızın digər üzvü Nail Bəşirli polşalı İqor Yanikə uduzub. Ötən turların nəticələrinə görə, V.Əsədli 5,5 xalla altıncı yerdədir. Z.Bayramov 5 xalla 19-cu, N.Bəşirli isə 4,5 xalla 34-cu pillədədirlər. Yanvarın 31-də səkkizinci turun oyunları keçiriləcək. Növbəti turda V.Əsədli polşalı Piotr Sabuk, Z.Bayramov bu ölkənin digər təmsilçisi Kamil Pliçta, N.Bəşirli isə Belarus təmsilçisi Yahor Siliç ilə mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. |
|
Xəbər 805 dəfə oxundu. |
|
|