Futzal üzrə Azərbaycan millisi Rusiya yığmasına qalib gəlib | |
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində ilk qələbəsini qazanıb. Yanvarın 30-da Xorvatiyada Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3. Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurublar. Yığmamız ilk oyununda Xorvatiya seçməsinə məğlub olub - 0:2. Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu fevralın 1-də Bakı vaxtı ilə saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək. |
|
Xəbər 808 dəfə oxundu. |
|
|