Çində keçiriləcək atletika üzrə dünya çempionatı təxirə salınıb | |
Çinin Nancinq şəhərində keçirilməsi nəzərdə tutulan atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb. Bu barədə qərar Dünya Atletikası tərəfindən qəbul olunub. Çempionatın 2021-ci ilin martında təşkili nəzərdə tutulub. Koronavirusla əlaqədar aprelədək Çində bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb. Mundialda Azərbaycan atletlərindən Nazim Babayev və Aleksis Kopello da iştirak edəcəklər. AZƏRTAC |
|
Xəbər 608 dəfə oxundu. |
|
|