“Bakı Şəhər Halqası”nın elan etdiyi suvenir müsabiqəsinin vaxtı uzadılıb | |
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyinə həsr olunmuş əl işləri və suvenir müsabiqəsi fevralın 15-dək davam edəcək. Müsabiqəyə qoşulmaq istəyənlər competition@bakugp.az ünvanına yazaraq müraciət etməlidirlər. Bütün müraciətçilərə iştirak forması göndəriləcək və iştirakçılar da öz növbəsində həmin formanı müvafiq qaydada doldurduqdan sonra yuxarıdakı elektron ünvana göndərməlidirlər. Suvenir müsabiqəsinin qaydaları və şərtləri barəsində ətraflı məlumatı https://www.bakucitycircuit.com/az/news/1006 saytından əldə etmək mümkündür. AZƏRTAC |
|
Xəbər 913 dəfə oxundu. |
|
|