Azərbaycanın U-17 komandasının Bakı və Antalya toplanışları üçün heyəti açıqlanıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Antalyada təlim-məşq toplanışı olacaq.

Hazırlıq müddətində yığmamız fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın “Hellerup” klubu ilə yoxlama oyunları keçirəcək.

Toplanışa Bayram Nəcəfəliyev (“Paxtakor”, Özbəkistan), Ağadadaş Salyanski, Elcan Əbilov, Fariz Xeyrullayev (hər üçü “Neftçi”), Sahib Həsənov, Qurban Səfərov (hər ikisi “Keşlə”), Rəhman Məmmədov, Xəyal Feyzullayev (hər ikisi “Sumqayıt”), Amin Qarayev, Nəriman Axundzadə, Vasif Fərəcov (hər üçü “Qarabağ”), İbrahim Ramazanov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Emil Süleymanov, Sənan Qərimov, Fərid Kələntərov, Namiq Şamilov (hamısı “Qəbələ”), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi “Sabah”), Xəyal Əliyev, Nicat Quliyev (hər ikisi “Səbail”), Mahmud Ağayev (“Zirə”), Ayxan Suleymanlı (“İH Mançester”, İngiltərə) və Aydın Serkan (“Kocaelisport”, Türkiyə) dəvət olunublar.

Xəbər 768 dəfə oxundu.